Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib. Bu haqda BakuPlus.az bu gün, 17 may tarixində xəbər verir.
Poeziya gecəsi çərçivəsində poeziya ustadının tələbələrlə görüşü də baş tutub.
Tədbir zamanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək Ramiz Rövşəni təhsil ocağında görməsindən məmnunluq duyduğunu qeyd edib.
Ramiz Rövşən isə öz növbəsində çıxışında tələbələrin onun sənət və yaradıcılığına olan sevgidən qürurlandığını bildirib.
Daha sonra şair yeni çapdan çıxan "Köhnə qorxular" və "Sevgi açarı" kitablarını təqdim edib, nəşrdə yer alan şeirləri və tərcümələri barədə məlumat verib.
BANM-ın tələbələri Ramiz Rövşənin şeirlərini səsləndirdikdən sonra şair onların suallarını cavablandırıb.
Görüş poeziya mövzusunda səmimi müzakirələrlə davam etdirilib.