Bakıda uşaqlar tərəfindən “Jırtdan and his friends” adlı tamaşa göstəriləcək. Bu haqda BakuPlus.az bu gün, 12 aprel tarixində xəbər verir.
Aprelin 17-si, saat 15:00-da “Landmark Business Center”-in “Gaya” zalında Cırtdan və dostları sizləri qarşılayacaq.
Tamaşadan əldə olunmuş gəlir ehtiyacı olan uşaqlara hədiyyə olunacaq.
Hazırda tamaşaya yalnız 6 manatlıq biletlər qalıb.
Satış onlayn üsulla aparılır. Karta ödəniş göndərirsiniz və sizə nömrələnmiş bilet göndərilir.