Bakıda Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən Yaponiya mədəniyyət festivalı keçirilib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 16 may tarixində xəbər verir.
Tədbir ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil olunub.
Festivalı Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada açıb.
Çoxsaylı qonaqlar yapon mədəniyyəti və müxtəlif ənənəvi sənətkarlıq nümunələrinin əks olunduğu stendlərlə, yapon xəttatlığı sənəti ilə tanış olublar, həmçinin ikebanaların necə yığıldığına - gül kompozisiyalarına, ənənəvi yapon çay mərasiminin keçirilməsinə və oriqamiyə baxıblar.
[caption id="attachment_44538" align="alignnone" width="800"]
Foto Report.az saytı[/caption]