Bakıda yunan musiqisinin "Rembetika" üslubuna həsr olunmuş gecə keçirilib. Bu haqda BakuPlus Report-a istinadən xəbər verir.
Gecədə Makis Stamulis (vokal, buzuka), Heleni Nazaru (vokal, bağlama), Argiris Nikolau (vokal, gitara) ifaçılıq məharətlərini göstəriblər.
Yunanıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə səfir Nikolaos Piperiqkos da çıxış edib.
"Rembetika" XIX əsrin ikinci yarısında yaranıb. Yunanıstanda 1920-ci illərdə qadağan olunub, amma sonradan geniş rəğbətlə qarşılanmağa başlayıb.