6 nömrəli uşaq musiqi məktəbinin şagirdləri "World Art Games" Beynəlxalq İncəsənət Musabiqəsində mükafatlandırılıblar. Bu haqda 17 may tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin simli və nəfəsli alətlər şöbəsinin violin ixtisası üzrə l sinif şagirdi Nazxanım Babayeva Neil Makeyin “Vals”ı, Vl sinif şagirdi Leyla Əfəndiyeva Motsartın “Alman rəqsi” əsərləri ilə ll yerə layiq görülüblər. Onlar münsiflər heyətinin qərarı ilə diplomla mükafatlandırılıb.