6 nömrəli uşaq musiqi məktəbinin şagirdi "World Art Games" Beynəlxalq İncəsənət Musabiqəsində mükafatlandırılıb. Bu haqda 21 fevral tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə I sinif şagirdi Aylin Cəfərquliyeva İspaniyada təşkil olunan "World Art Games" Beynəlxalq İncəsənət Musabiqəsində iştirak edib.
Aylin müsabiqədə 10-12 yaşlılar kateqoriyası üzrə “Piano” nominasiyasında M.Mayerin "Qeyri-adi sərgüzəştlər" əsərini ifa edib. O, münsiflər heyətinin qərarı ilə "Diplom"la mükafatlandırılıb.
Bundan əvvəl, məktəbin digər şagirdi Avstriyanın Vyana şəhərində keçirilən "Sounds and Rhythms of Vienna" Beynəlxalq Müsabiqəsində "Laureat" adına layiq görülüb.
[caption id="attachment_34416" align="alignnone" width="800"]
Foto Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəsmi saytı[/caption]