Bu gün Azərbaycan teatr və kino sənətinin görkəmli simalarından biri, Xalq artisti Bəşir Səfəroğlunun doğum günüdür.
Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakı qəzasında (indiki Quba rayonunun ərazisi) anadan olub. O, Üzeyir və Zülfüqar Hacıbəyovların klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.
Aktyorun yaradıcılığında xüsusi yer tutan əsas rolları:
- Möhsün (“Beş manatlıq gəlin”)
- Qaradavoy və Çiko (“Keto və Kote”)
- Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”)
- Uzun və Nəcəf (“Durna”)
- Qədir və Gülümsərov (“Ulduz”)
- Səlyanski və Qəhrəman (“Gözün aydın”)
- Ohan yüzbaşı və Hacı Qara (“Xəsis”)
- Kazbek (“Kəndimizin mahnısı”)
- Şulu, Muxtar bəy (“Əlli yaşında cavan” və “Evliykən subay”)
- Mir İsmayıl (“Qızıl axtaranlar”)
- Baləmi (“Rəisin arvadı”)
- Qiya (“Tiflis nəğməsi”)
- Əli Dinməzov (“Bir dəqiqə”)
- Hacı Kərim (“Hacı Kərimin Aya səyahəti”)
- Qoçu (“Keçmişin məişət səhnələri”)
- Nadir və Azay (“Qızılgül”)
- Murtuzov, Dayandur, polis rəisi (“Özümüz bilərik”, “Olmadı elə, oldu belə” və “Milyonçunun dilənçi oğlu”)
- Firuzbala (“Altı qızın biri Pəri”)
- Səbzəli (“Bizə bircə xal lazımdır”)
Bəşir Səfəroğlu Bakıda, 23 mart 1969-cu ildə 44 yaşında vəfat edib və Bakıdakı Fəxri Xiyabanda torpağa tapşırılıb.
Sənət uğurlarına görə Bəşir Səfəroğluna "Azərbaycan SSR əməkdar artisti", "Azərbaycan SSR xalq artisti" fəxri adları verilib. Bakının mərkəzi küçələrindən biri onun adını daşıyır.