Bakının Heydər Əliyev Sarayında Xalq artisti İlqar Muradovun 65 illiyinə həsr olunmuş konsertin tarixi Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar başqa vaxta keçirilib. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az məlumat verir.
Heydər Əliyev Sarayının mətbuat xidmətindən verilən məlumata əsasən, yaradıcılıq gecəsi fevralın 17-də saat 19:00-da keçiriləcək.
Tamaşaçılar gecədə İlqar Muradovun yeni mahnıları, xalq musiqiləri və klassik ifaları ilə yanaşı, sənət dostlarının çıxışlarını da izləyə biləcəklər.
Konsert saat 19:00-da başlayacaq. Biletləri onlayn və şəhərin kassalarından əldə etmək mümkündür.