Nazir Anar Kərimov Xalq artisti Əlibaba Məmmədovun evini ziyarət edib. Bu haqda 8 fevral tarixində Bakı Şəhər Baş Mədəniyyət İdarəsi məlumat verib.
Xalq artisti, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədov mədəniyyət naziri Anar Kərimov tərəfindən ziyarət olunub. Anar Kərimov ifaçının Azərbaycan incəsənətində xüsusi rolunu vurğulayıb. Nazir xanəndənin doğum gününü təbrik edib və ona möhkəm can sağlığı arzu edib.
Əlibaba Məmmədov Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam -dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar bir çox xanəndələrin repertuarlarına daxil edilmişdir.