Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi növbəti uğura imza atıb. Bu haqda 14 fevral tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Bolqarıstanın paytaxtı Sofiya şəhərində "Milad Ulduzu" adlı Onlayn Beynəlxalq İncəsənət Müsabiqəsində iştirak edən M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin violin sinfinin şagirdləri İsmayıl Xəlilli və Səid Məmmədli ən yüksək nəticə göstəriblər. Onlar münsiflər heyətinin yekun qərarına əsasən müsabiqədə 1-ci yerə layiq görülüblər.
Həmçinin şagirdlərin müəllimi Mahirə Tağıyeva və konsertmeyster Şəlalə Əhmədova "təşəkkürnamə" ilə təltif ediliblər.
[URIS id=33507]