Müslüm Maqomayev adına 26 nömrəli musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülüblər. Bu haqda bu gün, 23 aprel tarixində Bakı Mədəniyyət Baş İdarəsi məlumat verib.
Məktəbin şagirdi Sübxan Azadiyə (müəllim Rövşən Abasov) Rusiyanın Rostov-na-Donu şəhərində Tamaşa Prodüser Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Art-Muza” Beynəlxalq İncəsənət Müsabiqəsində “Qran Pri” mükafatı təqdim olunub.
Məktəbin skripka sinfi üzrə təhsil alan şagirdi İsmayıl Xəlilli (müəllim Mahirə Təbiyeva) Belarusun paytaxtı Minsk şəhərində keçirilən IV Beynəlxalq Müasir İncəsənət Milli Müsabiqəsində iştirak edərək yüksək nəticələr əldə edib. O, onlayn müsabiqədə “İnstrumental ifa – Skripka” nominasiyası üzrə “Qran Pri” mükafatına layiq görülüb.
[URIS id=41810]