Bakının Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Sergey Raxmaninovun “Aleko” birpərdəli operası nümayiş olunacaq. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az məlumat verir.
Tədbir 19 fevral tarixində saat 19:00-da başlayır.
Əsas rolları Xalq artistləri Samir Cəfərov, Əkrəm Poladov, aparıcı solistlər Fatimə Cəfərzadə, Mahir Tağızadə və Nina Makarova ifa edəcəklər. Tamaşanın dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.
Biletlər həm şəhərin kassalarında, həm də onlayn satılır.