Səbail rayonunda Kölgələr teatrı üslubunda əyləncəli tamaşa nümayiş olunacaq. Bu haqda 15 mart tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Səbail rayon, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında tezliklə sadə işıq ətrafında maraqlı bir tamaşa göstəriləcək.
Kölgələr teatrı əsrlər öncə yaranıb və ilk və ən sadə teatr sənəti hesab edilir. Teatrın Çində, Hindistanda, Yaponiyada, Misirdə və Yunanıstanda yarandığı ehtimal olunur.