Bu gün Xalq rəssamı Salam Salamzadənin doğum günüdür. O, 7 mart 1908-ci ildə Bakıda anadan olub.
“Toxuculuq fabriki”, “Fermada qadın” əsərlərinin müəllifi Azərbaycan boyakarı, Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Nasir adına Beynəlxalq mükafat laureatı olmuş, “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
Onun əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Şəkil Qalereyasında və bir sıra digər muzeylərdə saxlanılır.
Salam Salamzadə 12 may 1997-ci ildə doğulduğu şəhərdə vəfat edib.