Bakıdakı Azərbaycan Dövlət Uşaq Filarmoniyası dekabrın 23-ü və 25-i "SİRLİ SANDIQ" adlı konsert proqramı təşkil edəcək. Bu haqda bu gün, 20 dekabr tarixində Milli.az məlumat verir.
Konsertdə "Yuvam" musiqili uşaq teatrı, "Sədəf" xalq çalgı alətləri ansamblı, "Şəms" uşaq xoru, vokal sinfi və müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, rəngarəng musiqili nömrələri ilə çıxış edəcək.
Biletləri onlayn platformadan əldə etmək mümkündür.