Azərbaycanın görkəmli teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı Səyavuş Aslanın şəxsi əşyaları muzeyə təhvil verilib. Bu haqda Azərtac məlumat verib.
Kolleksiya AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində nümayiş olunacaq. Əşyaların arasında artistin fəxri fərman və nişanları da yer alır.
Səyavuş Məmmədağa oğlu Aslan 1935-ci ildə Bakıda anadan olmuşdur. 1982-ci ildə Azərbaycan SSR xalq artisti, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü fəxri adına, həmçinin, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüşdür. Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. O, II Fəxri xiyabanda dəfn olunmuşdur.