Bu gün Xalq artisti, teatr rejissoru və aktyoru Tofiq Kazımovun doğum günüdür. O, 14 yanvar 1923-cü ildə Bakı şəhərində anadan olub.
Tofiq Kazımov 1964-1980-ci illərdə Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışıb. Xalq artisti, “Hamlet”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “Aydın”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” və İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” kimi əsərləri tamaşaya hazırlayıb.