Paytaxt ərazisində yaşayan 2 yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Yasamal rayon sakini, 15 yaşlı Zilan Hətəmxanova yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
14 yaşlı Şəlalə Allahverdiyeva isə Nərimanov parkından naməlum istiqamətdə gedib və geri qayıtmayıb.
Hər 2 şəxsin axtarışları davam edir.