Nərimanov rayonunda ağsaqqallar və gənclər arasında turnir baş tutacaq. Bu haqda 11 noyabr tarixində Bakuplus.az məlumat verir.
Nərimanov Rayon Ağsaqqallar Şurasının həyətində 13 noyabr saat 14:00-da açıq havada Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə ağsaqqallar və gənclər arasında nərd və şahmat üzrə rayon turniri keçiriləcək.
Turnirin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.