Bakıda 29 sentyabr - Dünya Ürək Günü ilə əlaqədar, ödənişsiz ürək müayinəsi aparılacaq. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakupuls.az İctimai Səhiyyə və İslahatlar Mərkəzinə istinadən xəbər verir.
29 sentyabr saat 11:00-13:00 arası Füzuli küçəsi, 47 ünvanında, Qış parkı ərazisində boy, çəki, təzyiq və nəbzin ölçülməsi, EKQ müayinə, həkim və kardioloqların, ictimai səhiyyə mütəxəssislərin tövsiyələrindən ödənişsiz yararlana biləcəklər.
Həmçinin “Sağlam qida” guşəsi, eləcə də ürək-damar xəstəliklərinin əsas risk amilləri, zərərli vərdişlərin mənfi təsirləri və s. mövzulara dair maarifləndirici materiallar təqdim olunacaq.