Paytaxtın Nəsimi rayonunda, Şamil Əzizbəyli və Mirəli Qaşqay küçələrinin kəsişməsində avtoqəza baş verib. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Elnur Salamov “Prius” markalı avtomobillə əsas yolda hərəkətdə olan zaman digər küçədən bu yola daxil olan “Ravon” markalı nəqliyyat vasitəsinə çarpılıb.
Nəticədə sonuncunun sürücüsü və qadın sərnişini müxtəlif bədən xəsarətləri ilə xastəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_75342" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]