Bakının Nizami rayonu ərazisində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Rayon sakini, 74 yaşlı Vidadi Xanlarov yaşadığı binanın 16-cı mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Onun əməlinin səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.