Bakıda “Varlığımsan, Azərbaycan” adlı rayon məktəblilərinin rəsm müsabiqəsi keçirilib. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 6 may tarixində xəbər verir.
Müsabiqə Nizami Rayon İcra Hakimiyyətinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub.
Tədbirdə 11-13 və 14-17 yaş kateqoriyaları üzrə hər yaş kateqoriyasını 16 nəfər təmsil etməklə 32 nəfər məktəbli iştirak edib.
Tədbirdə qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri, təhsil müəssisələrinin kollektivləri, məktəblilər iştirak ediblər.
Açılış nitqini Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov edib.
Şərtlər barədə ümumi məlumat verildikdən sonra müsabiqəyə start verilib.
[caption id="attachment_43479" align="alignnone" width="800"]
Foto Qafqazinfo.az[/caption]