Bakıda növbəti əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Səbail rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
"Sun Food" MMC-nin sifarişi əsasında keçiriləcək yarmarkada aşağıdakı vakant yerlər təklif olunacaq:
- Vakansiya adı - Məhsul məsləhətçisi - Promouter;
- Orta aylıq gəlir - 563 AZN;
- Yaş kateqoriyası – 35 yaşa qədər;
- Cins - Qadın;
- Təhsil səviyyəsi – Orta təhsil/Ali təhsil;
- İş təcrübəsi - Satış sahəsində təcrübə arzuolunandır;
- Təqdim olunan vakansiya sayı – 36;
- İş qrafiki – Həftəiçi 5 gün / həftəlik - 35 saat;
- İş saatı - 8:30 – 18:00;
- İşə qəbul olunacaq vətəndaşların yaşayış ünvanlarına yaxın ərazilərdə işlə təmin olunmasına çalışılacaq.
Yarmarka Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 90 ünvanında, “ASK Arena” stadionunun yaxınlığında, "Azərsun Holdinq" Şirkətlər Qrupunun inzibati binasında 14 fevral saat 10:00-13:00 arası təşkil olunacaq.