Bakıdakı reabilitasiya mərkəzlərinin birində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb. Bu haqda 3 sentyabr tarixində Report məlumat verib.
Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində tərbiyəçilər uşaqlara əzab veriblər. Videogörüntülərdə uşaqların saçlarının yolunduğu, onlara fiziki əzab və işgəncə verildiyi görünür.
“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə aidiyyəti qurumlara məlumat vermişəm”, - Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.