Azərbaycan Dəmir Yollarının Baş Keşlə stansiyasında oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, iyulun 29-da stansiya ərazisindən 200 metr naqil oğurlanıb.
Nəqliyyatda Baş Polis İdarəsinin Biləcəri stansiyası Xətt Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 39 yaşlı Mehman Babayev saxlanılıb. Araşdırma davam edir.