Bakıda Milli Olimpiya Stadionunun yaxınlığında baş vermiş yol qəzası nəticəsində bir nəfər dünyasını dəyişib. Bu haqda bu gün, 7 noyabr tarixində APA məlumat verib.
"Chevrolet" markalı avtomobili idarə edən şəxs ad-soyadı hələlik bilinməyən bir qadını vurub. Piyada "Hyundai" markalı digər avtomobilin qarşısına düşüb. Nəticədə o, yerindəcə keçinib.
Qadının süpürgəçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.