AQTA paytaxt ərazisindəki ticarət və ictimai iaşə obyektlərinin monitorinqini davam etdirir. Bu haqda 30 sentyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı 11 obyektdə işçilərin tibbi müayinədən keçməməsi aşkarlanıb. Həmin obyektlər və onların yerləşdiyi ərazilər aşağıdakılardır:
- Səbail rayonu - "Romaşka" market;
- Xəzər rayonu - "Mehti" market;
- Xəzər rayonu - "Rahib" restoranı;
- Xəzər rayonu - "Rosanna" restoranı;
- Xətai rayonu - "Babat All Mood" restoranı;
- Sabunçu rayonu - "Dönəretto" restoranı;
- Sabunçu rayonu - "Real" dönər evi;
- Sabunçu rayonu - "Kanal" market;
- Sabunçu rayonu - Rəşidov Fəxrəddin Mir Fəzail oğluna məxsus mağaza;
- Sabunçu rayonu - "Maştağa Ət Dünyası" ət satışı mağazası;
- Sabunçu rayonu - "Kəndimiz" market.
Qeyd olunan obyekt sahibləri məsuliyyətə cəlb olunublar və onlara nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.