Sabunçu Gənclər Evində qazi Hüseyn Həsənov ilə görüş baş tutacaq. Bu haqda 16 dekabr tarixində Sabunçu Gənclər Evi xəbər verib.
18 dekabr 14:00-da “Fatehler” layihəsi çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçışı qazi Hüseyn Həsənov ilə oflayn formatda görüş keçiriləcək. Görüşdə iştirak etmək üçün linkə daxil olub qeydiyyatdan keçmək lazımdır.
Hüseyn Həsənov Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. O, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
“Fatehlər” layihəsinin keçirilməsinin məqsədi Böyük Vətən müharibəsi dövründə savaşan, arxa və ön cəbhədə mübarizə aparan şəxsləri cəmiyyətə tanıtmaqdır.