Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.
APA xəbər verir ki, oktyabrın 2-də səhər saatlarında 20 yaşlı Xəyal Nağıyev kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı Elçin Süleymanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.