Bakının Sabunçu rayonunda 59 yaşlı qadın özünü asıb.
APA xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.
Belə ki, 1965-ci il təvəllüdlü A.Ş (ad və soyad şərtidir) yaşadığı evdə ağır vəziyyətdə qohumları tərəfindən aşkarlanaraq xəstəxanaya çatdırılıb.
Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağır olaraq qalır.