Bakıda evlərdən oğurluq edən Yevlax sakini tutulub. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 1 noyabr tarixində xəbər verir.
Oktyabrın 31-də Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin qohumu, Yevlax rayon sakini N.İmamquliyev saxlanılıb.
Araşdırma aparılır.