Səbail rayonu ərazisində ruhi xəstə özünü dənizə atıb. Bu haqda BakuPlus.az Trend-ə istinadən bu gün, 8 iyun tarixində xəbər verir.
Hadisə ötən gün saat 17 radələrində Dənizkənarı Milli Parkın ərazisində baş verib. Ərazidə xidmət aparan polis əməkdaşları sayəsində həmin şəxs sudan çıxarılıb.
Onun Yevlax rayon sakini, şizofreniya xəstəliyindən əziyyət çəkən N.Əliyev olması müəyyən edilib.