top
Parkda qızı öpməyə çalışan oğlana hökm oxunub
05 sentyabr 2024, 08:00
- ↺ +

Parkda qızı öpməyə çalışan oğlana hökm oxunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səbail rayonu ərazisində küçədə gənc qıza qarşı xuliqanlıq əməli törətmiş oğlan saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Badamdar qəsəbəsində baş verib. Polisə şikayət edən qız tanımadığı şəxsin onu izlədiyini və küçədə yaxınlaşaraq əl-qol hərəkətləri etdiyini, onu öpməyə çalışdığını bildirib.

Müraciətdən bir neçə gün sonra polis əməkdaşları həmin şəxsin yerini müəyyən edərək onu saxlayıblar. Məlum olub ki, bu, Ağcabədi rayonunun kəndlərindən birinin sakini 29 yaşlı F.Kərimovdur (şərti).

Səbail Rayon Məhkəməsinin qərarı ilə F.Kərimova 10 sutka inzibati həbs cəzası verilib.

Məhkəmədə şikayətçi qız da iştirak edib. O, polis bölməsində verdiyi ifadəni təsdiq edib:

"Həmin gün saat 20 radələrində bacımla Badamdardakı parkda idik. Bizim oturduğumuz skamyaya bir nəfər əyləşərək mənimlə tanış olmaq istədiyini bildirdi. Dəfələrlə ona tanış olmaq istəmədiyimi dedim. Evə doğru gedəndə yaşadığım küçənin yaxınlığında bir daha ona rədd cavabı verdim. O isə əl-qol ataraq məni öpməyə cəhd etdi. Mənim ayağıma təpik vuraraq uzaqlaşmaq istəyəndə polisə şikayət edəcəyimi söylədim. Telefonumu əlimdən alaraq sındıracağını dedi. Mən isə jurnalist olduğumu söylədim. O, sistem işçisi olduğunu bildirərək telefonumu qaytardı", - məhkəmədə şikayətçi qız ifadə verib.

Saxlanılan şəxs isə gənc qızın dediklərinin hamısının yalan olduğunu bildirib:

"Mən sadəcə ona yaxınlaşaraq tanış olmaq istəmişəm".

Son xəbərlər

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Oxşar xəbərlər