Bu gün, 24 iyun tarixində gecə saatlarında Bakıda piyadaların iştirakı ilə 2 yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Report məlumat verib.
Səbail rayonunda 28 yaşlı İsmayıl İsmayıl Mansurov yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Daha bir hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Yolu keçən 60 yaşlı Elsəvər Əliyevi avtomobil vurub. Kişi təcili tibbi yardımın köməkliyi ilə sağ baldır sümüklərinin yerdəyişən sınığı dianozu ilə xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.