Bakıda oğurluq hadisəsi törədən şəxs polis tərəfindən tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 29 iyun tarixində xəbər verir.
İyunun 27-də paytaxtın Suraxanı qəsəbəsindəki evlərin birindən 2200 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini P.Cəfərov saxlanılıb.
Araşdırma aparılır.