Paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən yanğınsöndürmə vasitələri istehsal edən müəssisədə nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Qızıl Əllər” MMC-yə məxsus müəssisədə istehsal olunan yanğınsöndürən balonların içərisində olan quru kimyəvi toz maddələrin normativ tələblərə cavab vermədiyi və yanğınların söndürülməsində yararsız olduğu müəyyən edilib. Bu balonların istifadəsi zamanı insan sağlamlığı, ətraf mühit və dövlət əmlakına birbaşa təhlükə yaradır.
Buna görə də müəssisənin fəaliyyəti dayandırılıb. Və nöqsanlarla bağlı toplanmış materiallar haqda araşdırmaya başlanılıb.