Hövsan qəsəbəsi, Məktəbli küçəsi ünvanında Dş159mm-lik , Dş219 mm-lik qaz xətlərinin təhlükəsi əraziyə köçürülməsi və Hövsan QTM-də DN300 filtrin quraşdırılması işləri ilə əlaqədar 03.09.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaqdır.
Bakuplus Bakı Regional Qaz Istismarı Departamentinə istinadən xəbər verir ki, qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonu, Hövsan kəndində 4500 istehlakçının və "İlk İnşaat" , "Aqro Təsərrüfat", "FHN Akademiyası", "Olimpiya kompleksi", "ATEF" qeyri yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaqdır.