Sabahdan etibarən 132 nömrəli müntəzəm marşrut xətti üzrə (“Əhmədli” m/s – Hövsan qəsəbəsi) gediş haqqı 0,35 manat təşkil edəcək. Bu haqda Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2022-ci il iyunun 2-dən 132 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Hazırda marşrut xətti üzrə gediş haqqı 0,40 manat təşkil edir.