Bakıda obyektdə yanğın söndürülüb.
Bakuplus.az bildirir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhərinin Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan vermədən qısa müddətdə söndürüb.