top
17 NOYABR — Mİlli Dirçəliş Günüdür 
16 noyabr 2024, 13:01
- ↺ +

17 NOYABR — Mİlli Dirçəliş Günüdür 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları həm də öldürür, diri-diri yandırırdılar. Tarixdə görünməmiş bu vandalizmə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar.

Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.

Ancaq xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtki rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Lenin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.

1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Azərbaycanın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

Bakuplus.az Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edir.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər