"Hamı bilir ki, narkotikdən istifadə etmişəm".
Axsam.az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu "Günü bu gün" verilişində deyib. Sənətçi 17 yaşında narkotik aludəçisi olduğunu bildirib:
"Universitet illərimdə, 17 yaşımda ağılsızlıqdan narkotik istifadə etdim. İndi insanlar narkotik istifadə edənlərin efirdə, sosial şəbəkədə nə gündə olduğunu görürlər. Bizim dövrümüzdə bu yox idi. Narkotik istifadə edənə yaxşı adam kimi baxırdıq".