Xətai rayon icra başçısı sakinlərlə səyyar görüş keçirib. Bu haqda BakuPlus.az bu gün, 5 avqust tarixində xəbər verir.
Avqustun 4-də 261 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında səyyar görüşün iştirakçılarına məlumat verən rayon rəhbəri sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq gətirib və müvafiq izahatlar verib.
Daha sonra qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb.
[caption id="attachment_56040" align="alignnone" width="300"]
Foto Xətai rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]