“Son xəbər budur ki, təyyarədə olanlardan 32 nəfər sağdır, onların müalicəsi aparılır”.
Apa.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bugünkü təyyarə qəzası ilə bağlı brifinqdə deyib.
O, yekun rəqəm barədə hələlik məlumat olmadığını vurğulayıb.