Mağazadan oğurluq edən şəxs saxlanılıb. Bu barədə “Bakuplus”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bayıl qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 5000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı E.Nəsirli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.