Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Sərdar Soltanovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib. Bu haqda bu gün, 29 iyun tarixində Report məlumat verib.
Məhkəmənin iclası iyulun 6-na təyin edilib.
Cinayət işi hakim Azad Məcidov tərəfindən baxılacaq.
Hadisə cari ilin aprel ayında baş verib. Paytaxtın Nizami rayonunda, "8-ci kilometr bazarı" adlanan ərazidə 28 yaşlı Sərdar Soltanov aralarında yaranmış münaqişə zəminində yaşıdı, Xaçmaz rayon sakini Orxan Vahabzadəni bıçaqlamışdır. Yaralı təcili yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilmişdir.