Bakıda 8 milyon manatdan çox mənimsəmədə təqsirləndirilən türkiyəli şirkət rəhbəri Mehmet Şahanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Apa.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Dövlət ittihamçısı çıxış edərək Mehmet Şahanın 13 il müddətindən azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra vəkillər çıxış edib, təqsirləndirilən şəxs son söz deyib.
Məhkəmə dekabrın 3-dək təxirə salınıb.