top
9 türkün şəhid olduğu Bakı kəndi
27 yanvar 2025, 03:44
- ↺ +

9 türkün şəhid olduğu Bakı kəndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının ən qədim yaşayış məskənlərindən biri də Digahdır. Qəsəbənin əsasını tərəkəmələr qoyub. Ağsaqqalların dediyinə görə, digər ərazilərdə qoyun sürüləri olan tərəkəmələrin burda da təsərrüfatı var imiş. Bəlkə də elə buna görə yerin adı Digahdır. Ad vaxtilə Bakı kəndlərində danışılan tat dilindədir. "Dügah" - "Dü - iki, ikinci", "Gah - yer" deməkdir. Yəni, "İkinci yer". Başqa bir versiyaya görə, Digah iki dağ arası deməkdir.

Kəndin əsasını tərəkəmələr qoysalar da, sonradan bura Cənubi Azərbaycandan şahsevən tayfasının davamçıları da gəliblər.

Qəsəbə ağsaqqallarının dediyinə görə, məscidin tikilməsindən sonra bura üz tutanların sayı artmağa başlayıb. Məscid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur, Mədəniyyət Nazirliyinin məscidə təqdim etdiyi lövhədə abidənin 9-cu əsrə aid olduğu barədə qeyd var. Digahda qızların və oğlanların ayrı oxuduğu mədrəsələr də olub.

Burada bir neçə qədim tikili, yeraltı hamam olsa da, onlardan yalnız biri qalıb. Bircə yeraltı hamam.

Digahda vaxtilə mühüm əhəmiyyətə malik yol da varmış. Məlumatlı adamlar deyirlər ki, bir çox ünvanlara, hətta Məkkəyə ziyarətə gedənlər belə bu yoldan keçirmiş.

Digahda yaşayanların başqa bir dügahı da olub. Hava qızmağa başlayan kimi camaat Pirşağıdakı, Kürdəxanıdakı bağ evlərinə köçürmüşlər. Elə bu köç də bir dəfə kənd camaatını ölümdən xilas eləyib. 1918-ci ildə ermənilər bura da hücum edibmişlər. Amma camaat bağ evlərində olduğundan onlara zərər verə bilməyiblər. Buna baxmayaraq erməni xisləti özünü göstərib. Evləri dağıdıblar, evlərdəki əşyaları məhv ediblər. Evlərdən birində Fransadan gəlmiş sini qablar varmış, çırtma vuranda bir dəqiqə səs gəlirmiş, heç kimi tapmayan ermənilər tüfəngin qundağı ilə o qabların hamısını qırıblar. Kənddə adam tapmamağın qisasını sini qablardan alıblar.

Ağsaqqalların sözlərinə görə, ermənilər Kürdəxanıya da üz tutublar. Bundan xəbər tutan camaat səngər qazıb, düşmənə layiqli cavab verməyə hazırlaşırmışlar. Bir-biri ilə yola getməyən iki qoçu olub, birinin adı Balabəy, o birinin adı Adil. Onlar aralarındakı inckiliyi bir kənara qoyub, erməniyə qarşı birgə mübarizə haqqında razılığa gəlirlər. Ermənilər Kürdəxanıya girə bilmir. Ermənilərin Bakını kəndlərində at oynatmaq istədiyini eşidən Nuru Paşa isə onların dərsini vermək üçün əraziyə dəstə göndərir. Erməniləri zərərsizləşdirmək məqsədilə Digaha top da atılıb. Onların dediyi söz isə indi də yaddaşlardan silinməyib: “Bu, türkün topudur”. Düşməni torpaqlarımızdan rədd edən türklərin arasında 9-u şəhid olur. Bu gün Digah kəndində o şəhidlərin xatirəsinə abidə var. Yeri gəlmişkən, 44 günlük müharibədə, torpaqlarımızın işğaldan azad olunması uğrunda Digah qəsəbəsi də 6 şəhid verib. Qəsəbədə onların xatirəsinə şəhid bulağı tikilib.

Sovet dövründə bu kənddəki tərəkəmələr həm də taxıl əkirmiş. O vaxtlar buranın taxılı çox məşhur imiş. Bir çox yerlərdən bura taxıl almaq üçün gəlirmişlər, aclıq vaxtlarında belə digahlılar çox əziyyət çəkməyib, buranın taxılı həm onları, həm də qonşu kəndləri sağ saxlayıb.

Ötən əsrin 60-cı illərinə qədər camaat məhz taxılçılıqla dolanıb. 60-cı illərdə isə vəziyyət dəyişib. 1957-ci ildə Samur-Abşeron kanalının istismara buraxılması ilə əlaqədar Novxanı, Fatmayı və Digah kəndlərinin sahələrində üzümçülük sovxozlarının salınmasına qərar verilir və beləliklə digahlıların taxıl yerləri üzüm sahələri ilə əvəz olunur. Onlar da üzüm sahələrində işləməyə başlayırlar.

Ağsaqqallar deyirlər ki, Sovet hökuməti digahlıların bağ evlərini əllərindən alıb. Onları daha bir qazancdan, bağ evlərinin, həyətlərinin məhsulunu satmaqdan məhrum edib.

O dövrdə insanların 50 faizi sovxozda, 50 faizi isə neft mədənlərində çalışıb.

Digah indiyədək ən mühafizəkar kəndlərdən sayılıb. Elə bunun nəticəsidir ki, 60-cı illərə qədər Digahda qadınları işləməyə qoymayıblar. Xanımlar əsasən ev işləri ilə məşğul olub. 60-cı illərdə isə buz əriməyə başlayıb. Əslən bu kənddən olan xanımlar zaman-zaman müxtəlif yüksək vəzifələrdə də çalışıblar.

Digah həm də sürücü yetişdirməsi ilə məşhurdur. Bir zamanlar vəzifəli şəxslər öz sürücülərini məhz bu kənddən seçirmiş. İndinin özündə hər yüz nəfərdən yetmişi sürücüdür. Bu gün bir çox marşrutlarda məhz bu qəsəbədən olan sürücülər çalışır.

Ağsaqqallar bildirir ki, Digah həddindən artıq sakit yerdir. Heç kimin heç kimlə işi olmaz. Kimlərsə arasında narazılıq olsa, kənara sızmasına imkan verməzlər. Digahda kimsə polisə şikayət etməz, hüquq-mühafizə orqanları ilə işi olmaz. Onlar bir-biri ilə vuruşmaz, heç kimə pisliyi dəyməz, qonağa böyük hörmətlə yanaşarlar. Ağsaqqal belə deyir. Kiminsə söz-söhbəti olanda məhəllənin ağsaqqalı yoluna qoyur hər şeyi. İcra başçıları da hər dəfə deyirmişlər ki, nə yaxşı ki Digah kimi sakit yer var, onların heç vaxt polisə işi düşməyib.

Digahlılar dindar camaatdır. Hətta Sovet dövründə belə gizli ibadət ediblər. İndi də burda dinə meyl güclüdür. Xüsusilə də gənclər arasında...

Digahda qızları tez ərə versələr də, qədimdə kişilər 25-30 yaşına çatmamış evlənmirmiş. Ağsaqqallar deyirmiş, kişinin sümüyü bərkiməli, sonra ailə həyatı qurmalıdır. Evlənən çütlüklərin arasında böyük yaş fərq olurmuş. Xanım özündən təxminən 10 yaş böyük kişiyə ərə gedirmiş.

Ağa Cəfərli

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər