Paytaxtın Nizami rayonu, Ağciyər Xəstəlikləri İnstitutunda kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 28 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İradə Axundova təhsil müəssisəsinin yeni direktoru təyin olunub. O, əvvəllər institutda həkim-fizioterapevt, şöbə müdiri və institutun direktor müavini kimi çalışıb.
İ.Axundova Dövlət Tibb Universitetinin Ftiziatr ixtisası üzrə təhsil alıb. İxtisasca pulmonoloqdur.