Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxt ərazisində gücləndirilmiş iş rejimində işləyir. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar Agentliyin nəzdində olan bütün qurumların canlı qüvvəsi, həmçinin maşın-mexanizm və texnikaları hazır vəziyyətə gətirilib.
Vətəndaşlardan avtomobil yollarında yağış və sel sularının avtonəqliyyatların hərəkətində yarada biləcəyi hər-hansı problemlə bağlı Agentliyin Qaynar xətti olan 012-599-79-75 nömrəsilə məlumat vermələri xahiş olunur.